Omikronda olan yuxarı tənəffüs yollarının iltihabından yaranan öskürəyi müalicə etmək üçün dərman yox, 2 sadə metod kifayətdir.
Medicina.az xəbər verir ki, rusiyalı LOR həkim Olqa Malçenko Omikron öskürəyinin xarakteristikasını açıqlayıb.
“Bu öskürək udlaq və qırtlaqda olan sinir uclarının qıcıqlanması və kovidin onları zədələməsi nəticəsində yaranır. Heç bir bəlğəm gətirici vasitə, öskürək dərmanı kömək etmir.Əksinə mukolitik dərmanlar öskürəyi daha da artırar.
İnqalyasiya və adi ilıq mineral su içməklə öskürək tutmalarını azaltmaq olar. Onlar selikli qişanı yumşaldır, nəmləndirir və qıcıqlanmanı aradan qaldırır”.