Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikronda hər 10 xəstədən 9-da görünən - Əlamətlər

  • 2021.12.13 16:41
  • 1904 Baxış
Omikronda hər 10 xəstədən 9-da  görünən   - Əlamətlər

Koronavirusun “Omikron” variantının əsas simptomları müəyyən edilib.

Bu əlamətlərin 10 nəfərdən 9-da görüldüyü açıqlanıb.

Cənubi Afrikada ortaya çıxan və digər ölkələrə yayılmağa başlayan ştammın əsas əlamətləri ABŞ-da aparılan araşdırma ilə müəyyən edilib.

Bildirilib ki, yeni variantın ən başlıca simptomları boğazda qaşınma hissi və onu müşayiət edən quru öskürəkdir.

Araşdırmaya görə, “Omikron” xəstələrinin 89 faizində boğaz ağrısı yox, məhz boğazda qaşınma və quru öskürək görülüb. Digər simptomlardan isə yorğunluq (65 faiz), burun tutulması və ya axması (59 faiz), təngnəfəslik (16 faiz), ishal (11 faiz), dad və qoxu itkisi (8 faiz) qeyd edilib.