Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikrona yoluxduqda, KT etməyə gərək yoxdur - Həkim radioloq

  • 2022.01.29 18:14
  • 2084 Baxış
Omikrona yoluxduqda, KT etməyə gərək yoxdur  - Həkim radioloq
“Yoluxma sayı artsa da, ağırlaşma sayı azalıb, panikaya əsas yoxdur. Qorxu, stres, panika immuniteti zəiflədir. Ağırlaşanlar isə əsasən peyvənd etməyənlərdir”.

Medicina.az xəbər verir ki, həkim-radioloq Aydın Əliyev son zamanlar ölkəmizdə koronavirusa yoluxmaların sayının artması ilə bağlı fikirlərini bölüşərkən belə deyib.

O deyib ki, əgər peyvənd olunmayanlar varsa, gec olmadan bunu etsinlər. Yoluxanlar isə O2 saturasiyasının 95-dən çox olduğu təqdirdə panikaya düşməsinlər:

“Əgər 95-dən azdırsa, müayinədən keçin və müvafiq müalicəni alın. Yoluxmusunuzsa, dərhal KT müayinəsinə getməyin, öncə O2 saturasiyasını ölçün, 95-dən çoxdursa, KT-yə ehtiyac yoxdur. Boş-boşuna şüa qəbul etməyin. Əgər O2 saturasiyası 95-dən azdırsa, yenə də KT-yə ehtiyac yoxdur. Sadə rentgen müayinəsi ağciyərdəki “buzlu şüşə” mənzərəsini göstərəcək və buna uyğun müalicəni alacaqsınız”.