Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikrona yoluxanlarda tromb riski artır

  • 2023.11.22 14:57
  • 793 Baxış
Omikrona yoluxanlarda tromb riski artır
Hələ də dövriyyədə olan kovidin Omikron ştammı insan sağlamlığı üçün təhlükəli olaraq qalır.

"Medicina" xəbər verir ki, kardioloq Vladimir Berketov kovidin ürək-damar üçün təhlükəsini açıqlayıb.

"Bir çox hallarda koronavirus mikrotromboza gətirib çıxarır. Həmçinin, qripdə olmayacaq qədər qanın qatılaşmasına səbəb olur.

Bu virus qan damarlarının daxili qişasının iltihabına səbəb ola bilər. İnsanda damarların zədələnməsinə (ateroskleroz, şəkərli diabet, siqaret çəkmə, piylənmə) meyli varsa , mikrotromboz inkişaf edir. Mikrotrombozları aşkar etmək çətindir. Amma xəstələr koviddən sonra əvvəlki illərdən fərqli şəkildə özlərini hiss edir.

Omikrona yoluxan riskli xəstələr mütləq sonradan qanın qatılığını nəzarətdə saxlamalıdır".

Aygün Musayeva