Avropa Dərman vasitələrinə nəzarət Agentliyi ilk dəfə Omikron ştamnıa qarşı buster doza vaksinini təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu vaksinlər 12 yaşdan yuxarı hər kəsə vurula bilər.
Təşkilatın rəsmi məlumatında bildirilir ki, bu vaksini yalnız kovidə qarşı əvvəl ilk vaksini vurduranlar buster doza kimi vura bilər.
Vaksin Comirnaty (Pfizer/BioNTech) və Spikevax (Moderna) kimi versiyalara adaptə olunub.
Belə vaksinlər insanı kovidin müxtəlif variantlarından qoruya bilər.
Virusun təkamülü getdikcə insanların əvvəlki vaksinlərlə müdafiəsi zəifləyir.
Bu vaksin optimal müdafiəni təmin edəcək. Hələ ki, ilk alıcı ölkələr ABŞ və Avropadır.
Qeyd edək ki, Rusiyanın Qamalei mərkəzi özünün Delta və Omikrona qarşı Sputnik vaksinini hazırlayır.
Aygün Musayeva