“Bu virusla bağlı əvvəlcədən proqnoz vermək doğru deyil. Baxmayaraq ki, bu xəstəliyin daha çox yayılma ehtimalı var”.
Medicina.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev AzTv-də “omicron” ştamı barədə danışarkən deyib.
Həkim-infeksionistin sözlərinə görə, koronavirusun “Delta” ştamı ilə müqayisədə “Omicron”dan xəstəxanada yatma müddəti azdır:
“Amma sürətli yayılma ehtimalı olduğuna görə, bu baxımdan xəstəxanaya yatma ehtiyacı dolayı yolla arta bilər. Bu da epidemioloji vəziyyəti dəyişə bilər. Hazırda vəziyyət stabildir, həkimlərimizin də çox ciddi təcrübəsi var. Peyvənd prosesi də sürətli şəkildə davam edir. Peyvənd statusundan asılı olaraq, xəstəliyin yayılmasının da qarşısı alına bilər. Nə qədər çox insanda immunitet formalaşarsa, biz bu dalğanı da rahatlıqla keçə bilərik”.