Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusun "Omikron" ştamı 12 nəfərdə aşkarlanıb. Onlar xarici ölkələrdən Azərbaycana gələn şəxslərdir. Ölkəmizdə koronavirusun "Omikron" ştamına yoluxmanın aşkarlanması qapanmalara səbəb ola bilərmi?
Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla "unikal"a açıqlamasında bildirib ki, epidemoloji vəziyyət elə də ciddi pisləşməyib. Həkim bu baxımdan hansısa qapanmlara getməyi zəruri hesab etməyib:
"Əgər epidemoloji vəziyyət diqtə edərsə, qapanmaya getmək zərurətə çevrilə bilər. Əhalinin böyük əksəriyyəti vaksinasiya olunduğundan və xeyli insan yoluxub imunitet yarandığından, vəziyyət stabil görünür. Hazırda qapanmaya ehtiyac yoxdur. Bir müddətdən sonra vəziyyət necə olacaq demək çətindir. "Omikron" növbəti mutasiya ştamıdır. Ştam xeyli yoluxucu olmasına baxmayaraq, letallıq (ölüm törətmə) əmsalı əvvəlki ştamlardan xeyli aşağıdır", - deyə professor qeyd edib.