Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikrona dəfələrlə yoluxmaq olur - Britaniya alimləri

  • 2022.02.01 16:20
  • 1524 Baxış
Omikrona dəfələrlə yoluxmaq olur -  Britaniya alimləri
Böyük Britaniya alimləri Omikrona təkrar yoluxma riski barədə açıqlama verib.

Onlar Deltaya nisbədən bu ştamma yoluxma riskinin 5-6 dəfə çox olduğunu bildirir.

Medicina.az xəbər verir ki, alimlər Omikrona yoluxduqdan sonra orqanizmdə yaranan antitellərin Delta variantından qoruduğunu mümkün sayır.

Omikron daha yoluxucu, amma daha az patogendir. Koronavirusa yoluxub sağalanlarda hazırda müdafiə səviyyəsi cəmi 20%-dir.

Omikron dekabrdan Avropa və Amerikada yayılır. Amma Cənubi Afrika alimləri bildirir ki, noyabrdan bu yana ölkədə Omikrona 2-3 dəfə yoluxan xəstələr var.

Amma Omikrondan sonrakı immunitet əvvəlki ştamlardan qat-qat yaxşıdır və Deltadan qoruyur.