Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikron ştammında qızdırma olmaya bilər - Baş ağrısı ilə başlayır

  • 2021.11.29 14:49
  • 1399 Baxış
Omikron ştammında qızdırma olmaya bilər -  Baş ağrısı ilə başlayır
Koronavirusun yeni “omikron” ştammına yoluxmanın əsas əlamətləri açıqlanıb.

Medicina az xəbər verir ki, COVID-in B.1.1.529 variantına dair dünya ictimaiyyətini ilk məlumatlandıran cənubi afrikalı həkim, Cənubi Afrika Tibb Assosiasiyasının sədri Anjelik Kutze danışıb.

Onun sözlərinə görə, koronavirusun “omikron” ştammı ilə yoluxmanın ilk və əsas əlamətləri kəskin yorğunluq və baş ağrılarıdır. Qızdırma və ya boğaz ağrısı isə nadir hallarda müşahidə olunur.

“Omikron” ştammına yoluxanların xəstəxanada müalicəsinə və oksigen balonuna ehtiyacları yoxdur. Bu xəstələr 2-3 günə sağalırlar”, - deyə həkim bildirib.