Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikron ştammı süni yaradılıb?

  • 2021.12.15 16:53
  • 2756 Baxış
Omikron ştammı süni yaradılıb?

“Koronavirusun “Omikron” ştammı pandemiyaya son qoymaq üçün süni şəkildə yaradılmış ola bilər”.

Bu sözləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Çumakov açıqlayıb.

Alimin sözlərinə görə, SARS-CoV-2-nin əvvəlki variantlarının bütün mutasiyaları “Omikron”da toplanıb, lakin onlara təbii yolla aşkarlanması mümkün olmayan “üç amin turşusu əlavəsi” əlavə edilib.

Nəticədə “Delta” ilə müqayisədə daha sürətli yayılan və peyvəndlərin təsirindən yan keçə bilən “super zəiflədilmiş ştamm” ortaya çıxıb.

Buna baxmayaraq, “Omikron” bu gün üçün ciddi itkilərə səbəb olmur.

Mütəxəssis vurğulayır ki, bu variantla peyvənd olunmuş bir çox insana yoluxa bilər. Amma onların xəstəliyi yüngül keçir. Peyvənd olunmayanlar arasında da ağır hallar yoxdur. Yəni, görünür, bu, çox tez yayılan və xəstəlik müddəti rahat keçən ştammdır. Bu, çox yaxşıdır”. /oxu.az/