Braziliyalı epidemioloqlar koronavirusun "omikron" ştammnın yeni mutasiyasını aşkar ediblər.
Medicina.az xəbər verir ki, Omikron" ştamının BA.1 və BA.2 variantlarının kombinasiyası formasında mutasiyasından gedir. Sözügedən mutasiya "Gisaid" beynəlxalq məlumat bazasında yoxdur.
İnfeksiyanın yeni növünün aşkar edildiyi biomaterial nümunəsi fevralın 16-da San-Pauloda üç yaşlı uşaqdan götürülüb.
Qeyd edilir ki, "omikron"un yeni tam rekombinasiyasının yaranması haqqında danışmaq üçün heç bir əsas yoxdur, çünki bunun üçün müvafiq mutasiya ən azı beş nümunədə təsdiqlənməlidir.