Koronavirusun “omikron” ştamı qlobal səhiyyə üçün ən böyük təhlükədir.
Medicina.az xəbər verir ki, bu barədə “Böyük 7-lik” ölkələrinin səhiyyə nazirlərinin birgə bəyanatında deyilir.
Sənəddə yaranmış vəziyyətlə bağlı sıx əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilir. Nazirlər xəstəliyin diaqnostikası, vaksinlərə bərabər çıxışın vacibliyini qeyd edib, buster doza ilə bağlı kampaniyanın sürətləndirilməsinə dair razılığa gəliblər.