Rusiyanın səhiyyə naziri Omikron ştammının xaricdən ölkəyə keçidinin davam etdiyini və virusun Rusiyanın daxilində bütün regionlara yayıldığını bildirib.
Medicina.az xəbər verir ki, Muraşko bütün yoluxma hallarını izlədiyini bildirib.
Səhiyyə Nazirliyinin işçi qrupu Cənubi Afrikaya səfər edib, onlar da təyin edib ki, həqiqətən Omikron digər ştammlardan daha sürətli yayılır.
“Mütəxəssislər klinik gedişatı dəyərləndirib, artıq məlumdur ki, uşaqlar bu infeksion xəstəliyə daha çox cəlb olunur” – Muraşko deyib.
Xəstələr Omikrona yoluxduqdan sonra qripə bənzər simptomlar hiss edə bilər. Ona görə istənilən halda koronavirus testi vermək lazımdır.
Nazir bildirib ki, nazirlik komissiyası Omikronun müalicəsinə gör yeni tövsiyələrini hazırlayıb.
Eləcə də, peyvənd olunanların 6 ay sonra revaksinasiyası etməsini tövsiyə edirik.
Bir sıra professorlar bildirib ki, peyvənd olunanlar Omikrona yoluxduqda ürəkbulanma, iştahsızlıq,halsızlıq müşahidə olunur