Məşhur virusoloq “omikron”u canlı vaksin adlandırdı
Cənubi Afrikada aşkarlanan “omikron” ştamı patogenliyi azaltdığı üçün canlı vaksin ola bilər.
Medicina.az xəbər verir ki, bunu virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Çumakov deyib.
“Belə bir optimist məlumat var ki, COVID sürətlə təkamülün ikinci mərhələsini keçdi. Onun patogenliyi azalıb, eyni zamanda daha çox yoluxucu olub ki, bu da yaxşıdır. Yeni ştama yoluxmuş insanlar xəstəlik törədən variantlara qarşı dayanıqlı olacaqlar. Bundan başqa, yeni versiyanın ortaya çıxmasından sonra qapanmalar olmayacaq”, - virusoloq qeyd edib.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı istisna etmir ki, “omikron” digər ştamları sıxışdırmağa qadirdir və yaxın gələcəkdə Avropada insanların yarısı bu xüsusi varianta yoluxacaq. Dünyanın ən azı 38 ölkəsində virusun yeni variantına yoluxma halları qeydə alınıb. /publika.az