Pandemiyanın gedişatı Omikron ilə dəyişəcək. Alimlər bu virusa optimist yanaşır.
Medicina.az xəbər verir ki, rusiyalı virusoloq Petr Çumakov yeni variantın hələ tam açılmamış “qara sirli at” olduğunu deyib.
İstisna etmirik ki, Omikron təbii vaksinasiya rolunu oynayacaq, yəni bütünlükdə insanlara sağlamlığa zərər vermədən immun müdafiə qazandıracaq.
Bunun baş verməsi üçün 2 şərt tələb olunur:
1 – Yaşlı təbəqə, risk qrupu Omikrona yoluxub onu yüngül keçirib sağalmalııdır
2- Az zərərli olan Omikron hazırda şah olan Deltanı sıxışdırıb taxtından salmalıdır
Omikronun sürəti əksinə bizim xeyrimizədir, yüngül xəstələnib, koronavirusa qarşı yaxşı, təbii immunitet qazanmaq şansı var.
Rekord səviyyədə mutasiya onun genomunun zəif olduğunu göstərir.
Amma hələ ki, Delta heç yerə getməyib, bizimlədir. Bu da koviddən ölümləri artırır. Ona görə ən ağıllı qorunma hələ ki, peyvənd olunmaqdır.