Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikron dalğası nə vaxt səngiyəcək? - Virusoloqdan AÇIQLAMA

  • 2022.01.27 15:39
  • 2152 Baxış
Omikron dalğası nə vaxt səngiyəcək? -  Virusoloqdan AÇIQLAMA
COVID-19-a yoluxma halları artmaqdadır. Lakin yaxın gələcəkdə dalğa azalacaq, belə bir proqnozu “Sputnik” radiosuna müsahibəsində virusoloq Pyotr Çumakov verib.

“Omikron ştamı çox yoluxucudur və sürətlə yayılır, lakin onun yaratdığı COVID-19 dalğası yüksələn kimi tez də azalacaq”.

Medicina.az xəbər verir ki, ekspertin fikrincə, Rusiyada dalğa çox güman ki, fevralın 10-dan sonra azalmağa başlayacaq.

Virusoloq bildirib ki, koronavirusun Omikron variantı ilə yoluxma çox vaxt COVID-19 simptomları ilə nəticələnmir: “İndi insanların çoxu asemptomatikdir, yəni yoluxduqlarını belə bilmirlər, çünki bu ştam çox aşağı patogendir, adətən insanın hiss edə bilməyəcəyi yüngül, soyuqdəyməyə bənzər bir xəstəliyə səbəb olur”.

Ekspert hesab edir ki, bir çox Omikron daşıyıcılarında COVID-19 simptomları olmadığından və tibbi yardıma müraciət edilmədiyindən, hazırda gördüyümüz insidentlərin artması əslində statistikanın göstərdiyindən qat-qat çoxdur.

O, əlavə edib ki, Omikrona yoluxmuş insanların böyük bir hissəsi COVID-19-a qarşı immunitet qazanacaq, buna görə də bu xəstəliyin növbəti dalğası narahatlıq yaratmayacaq.