Bağırsaq divarının epitel hüceyrələri seliklə örtülüdür. Epitel hüceyrələrinin əsas funksiyası zəruri maddələrin orqanizmə daxil olmasını təmin etmək, zərərli maddələrin isə orqanizmə daxil olmasına mane olmaqdır, yəni bağırsağın selikli qişası bağırsaq baryerinin mühüm komponentidir.
Baryer funksiyası
-bağırsaq hüceyrələri arasındakı sıx bağlantılar (tight junction)
-bağırsaq epitelinin üzərini örtən və onu bağırsağın daxili mühitindən qoruyan selik
-bağırsaq mikrobiotası və s. hesabına həyata keçirilir.(1.2.)
Bağırsağın selik qatı musin zülalı ilə zəngindir və seliyin gel şəklində olmasını təmin edir. Bağırsağın baryer funksiyasında bir çox bakteriyaların əhəmiyyəti və rolu var. Onlardan biri də Akkermansia muciniphila-dır (AM). Akkermansia muciniphila seliyin tərkibindəki musinlə bəslənir və onu enerji hasilatına sərf edir; bu zaman qidalı maddələr hasil edərək bağırsaq mikrobiomundakı digər zəruri bakteriyalara dəstək olur. Akkermancia muciniphila musini parçalayaraq onu qısazəncirli yağ turşularına çevirir; onlardan biri də asetatdır. Asetat firmicutes sinfindən olan digər zəruri bakteriyalar tərəfindən (məs, faecalibacterium prausnitzii) istifadə olunur. Bu bakteriyalar isə bağırsaq epitel hüceyrələri üçün həyati vacib enerji mənbəyi olan butirat hasil edir.
Bağırsağın selik qatı xarici mühitlə (bağırsaqdakı şərti-patogen bakteriyalarla həmçinin) daxili mühit arasında sərhəd rolunu oynayır. Hər hansı bir səbəbdən (emal edilmiş qida məhsulları, kimyəvi dərmanlar, disbioz) selik qatında pozulma baş verdikdə bağırsaq hüceyrələri də zədələnir ki, bu da bağırsağın müdafiə funksiyasını pozaraq, immun reaksiya nəticəsində iltihabın inkişafına səbəb olur. Bağırsaq keçiriciliyi artır, (bu, leaky gut sindromu da adlanır), yəni bağırsaqdan qan dövranına zəruri maddələrlə yanaşı, zərərli maddələr də keçir. Yad maddələr antigen kimi qəbul edilərək, immun sisteminin qıcıqlanmasına və bir çox xroniki xəstəliklərin (allergiya, psoriaz, digər dəri xəstəlikləri, autizm, ALS-amiotrofik lateral skleroz, dağınıq skleroz, revmatoid artrit, Kron xəstəliyi, xoralı kolit), metabolik pozulmaların (Şəkərli Diabet II,I, piylənmə, insulin dirənci, ateroskleroz...) inkişafına səbəb olur.
Bağırsaq keçiriciliyinin artmasının səbəblərindən biri kimi bağırsağın selik qatının azalması qeyd olundu. Akkermancia muciniphila musinlə bəslənərək zəruri maddələr hasil edir, bununla da bağırsaq divarında seliyi qatılaşdırır və baryer funksiyasını yaxşılaşdırır. Bir çox tədqiqatlar göstərir ki, bəzi xəstəliklərdə və metabolik pozulmalarda (piylənmə, şəkərli diabet, insulin dirənci) Akkermancia muciniphila-nın miqdarı az olur.
Akkermancia muciniphila musini parçalayaraq ATF sintez edir. Bağırsağın qədəhvari hüceyrələri bu enerjidən istifadə edərək selik ifraz edir. Beləliklə, Akkermancia muciniphila –nın miqdarının çox olması daha çox enerji, bu isə bağırsaq hüceyrələrinin fəaliyyətinin yaxşı olması, selik qatının daha çox olması deməkdir. Bu da bağırsağın qoruyucu funksiyasını dəstəkləyir (3). Beləliklə, Akkermancia muciniphila selik qatını artırmaqla bağırsaq divarının qorunmasına səbəb olur və iltihabəleyhinə təsir göstərərək, bir çox xroniki xəstəliklərin inkişafının qarşısını alır.
Hazırda Akkermancia muciniphila probiotik kimi əldə edilməyib. Onun bağırsaqda miqdarının artırılması üçün cəhdlər edilir, tədqiqatlar aparılır. Tədqiqatlardan birində 11 həftə ərzində bir qrup siçanı balıq yağı (omega-3), digər qrup sicanları isə piy ilə qidalandırmışlar. Balıq yağı ilə qidalanan siçanlarda Akkermancia muciniphila və Lactobacterium miqdarı artmışdır. Kontrol qrupda isə, əksinə, azalmışdır. Bu siçanların fekal materiallarını əvvəlcədən bağırsaq mikroflorası antibiotiklə məhv edilmiş yeni qrup siçanlara nəql etmişlər. Yeni qrup siçanları da 3 həftə piy ilə qidalandırmışlar. Balıq yağı yeyən qrupdan fekal material alan yeni qrup siçanlarda da Akkermancia muciniphila artmış, bağırsaqda gedən iltihab isə azalmışdır. Lakin piy ilə qidalanan siçandan fekal material köçürülmüş yeni qrup siçanlarda bağırsaqda yüksək iltihabın davamı müşahidə edilmişdir. Deməli, omega-3 yağ turşusu bağırsaqdakı Akkermancia muciniphila miqdarının artmasına təsir edir (3).
Omega-3 yağ turşuları insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir, lakin əvəzolunmaz yağ olub orqanizmdə hasil olunmur. 11 növ omega 3-dən vacibləri ALT (alfa-linolen turşusu), EPT(eykozapentaen turşusu), DHT (dekozaheksaen turşusu)-dir.
ALT bitki mənşəli yağdır (kətan toxumu, kələm, ispanaq, soya, qoz); EPT və DHT heyvan mənşəlidir, daha çox balıq yağında rast gəlinir. Yalnız EPT və DHT omega-3 yağ turşuları iltihabəleyhinə təsir göstərir; bitki mənşəli yağların EPT və DHT turşularına çevrilmə əmsalı çox kiçik olduğundan əhəmiyyət kəsb etmir.
Sübut edilib ki, omega-3 antiinflamator, omega-6 yağlar isə proinflamator təsir mexanizminə malikdir. Kəskin və xronik iltihab proinflamator sitokinlərinin hasilatı, araxidon turşusundan (omega-6) alınan eykozanoidlərin (prostaqlandinlər, tromboksanlar, leykotrienlər) və digər iltihab mediatorların əmələ gəlməsi ilə xarakterizə olunur. Yüksək miqdarda omega-3 qəbulu (yalnız yağlı balıq və balıq yağındakı omega-3) araxidon turşusunun metabolizmini inhibə edib iltihabəleyhinə təsir göstərir.
Göründüyü kimi, omega-3 yüksək effektivliyə malik iltihabəleyhinə agentdir. Bu mexanizmlə revmatoid artritdə çox effektiv iltihabəleyhinə təsir göstərdiyini sübut edən tədqiqatlar var (5).
Digər mexanizmlə isə (məsələn, Akkermansia muciniphila-nın miqdarını artırmaqla) bağırsağın baryer funksiyasının bərpasında rol oynayaraq, bağırsağın keçiriciliyinin pozulması ilə əlaqəli xəstəliklərin (diabetönü vəziyyət, şəkərli diabet II, piylənmə (6), sistemli qırmızı qurdeşənəyi, xoralı kolit, Kron xəstəliyi (7,8,9,10)) inkişafının qarşısını alır.
Belə ki, 2 qrup pasiyent üzərində (35 nəfər əsas qrup, 20 nəfər kontrol qrup) aparılmış müşahidədə əsas müalicə (biotənzimləyici preparatlar və mikrobioloji terapiya) ilə yanaşı Omega-3 yag turşularının tətbiqi əsas qrup pasiyentlərdə müsbət dinamika, laborator göstəricilərin yaxşılaşması daha tez və stabil olmuşdur.
Kron və xoralı kolit olan pasiyentlərdə endoskopik sağalma tez alınmış və uzunmüddətli olmuşdur. Metabolik sindromun müalicəsi zamanı hipoqlikemik preparatların dozasının azaldılması, bəzi hallarda isə tam kəsilməsi mümkün olmuşdur.
LİPİSCOR L preparatına
GÖSTƏRİŞ
- Artrit, artroz, osteoxondroz, skolioz
- Birləşdirici toxumanın sistemli xəstəlikləri:
revmatoidli artrit, qırmızı qurdeşənəyi, revmatizm
- Ateroskleroz, hipertoniya, ürəyin işemik xəstəliyi,
miokard infarktından sonra
- İşemik insult, miqren, depressiya, başağrısı,
dağınıq skleroz
- Allergik xəstəliklər
- Dəri xəstəlikləri (psoriaz, ekzema, ixtioz)
- Bronxial astma
- Bağırsağın xroniki iltihabi xəstəlikləri, xoralı kolit
- Şəkərli diabet, tromboflebit, varikoz genişlənmə,
tromboz, hiperkoaqulyasiya
- Dismenoreya
- Böyrəklərin xroniki iltihab xəstəlikləri,
qlomerulonefrit, xroniki böyrək çatışmazlığı
- Hipertriqliseridemiya
- Piylənmə
Profilaktik doza
2 kapsul gündə 2 dəfə yeməkarası və ya yeməkdən sonra çeynəmədən udmaq
Xroniki xəstəliklər
2 kapsul gündə 3 dəfə yeməkarası və ya yeməkdən sonra çeynəmədən udmaq
• Kəskin xəstəliklər
• postoperasyon dövr
• posttravmatik dövr
3 kapsul gündə 2 dəfə yeməkarası və ya yeməkdən sonra çeynəmədən udmaq
Arzu Quliyeva həkim-qastroenteroloq, Bioloji Təbabət klinikası