İki aya yaxındır ki, koronavirusdan müaəlicə alan Əməkdar artist Bəhram Bağırzadə xəstəxanadan yeni fotolar paylaşıb.
Medicina.az-ın məlumatına görə, uzun müddət ECMO cihazı və süni tənəffüs aparatına qoşulu qalan aktyor "Facebook" səhifəsində paylaşım edib.
O, paylaşımında onun sağlamlığı uğrunda çalışanlara təşəkkür edib. "Əksər insanlar kimi mən də vaxtaşırı həkimlərə müraciət edirdim, amma 2020-ci ilin yayı, koronavirusla xəstələndiyim dövr mənim üçün əsl sınaq oldu və həkimlər olmasaydı, heç vaxt bunun öhdəsindən gəlməzdim...Ən səmimi minnətdarlığımı xəstəliyin inkişafında ən kritik anda məni qəbul edən və günlərlə həyatım üçün mübarizə aparan Mərkəzi Gömrük Xəstəxanasının rəhbərliyinə bildirirəm!"
Mən həmişə tibbə dərin hörmət bəsləmişəm, çünki həkim biliyə, fədakarlığa və həyatımızın ən çətin anlarında ağrılarımızın bir hissəsini bölüşmək və öz üzərinə götürmək və xəstəliklərimizə şəfa vermək üçün böyük istəyə malik olan insan ruhunun inkişafının ən yüksək səviyyəsidir. Qarşınızda baş əyirəm, qiymətsiz Azərbaycan Qəhrəmanları!".