Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölümlə üz-üzə qoyan infeksiya: DİFTERİYA - ƏLAMƏTLƏRİ, RİSK FAKTORLARI

  • 2019.07.02 09:24
  • 12086 Baxış
Ölümlə üz-üzə qoyan infeksiya:  DİFTERİYA - ƏLAMƏTLƏRİ, RİSK FAKTORLARI

Difteriya ölümlə nəticələnə bilən kəskin infeksiyon xəstəliyidir. Bu infeksiya orqanizmə daxil olduqda özünü yuxarı tənəffüs yollarının xəstəliklərinin əlamətləri şəklində biruzə verir. Xəstəlik burun tutulması, udma aktı zamanı boğazda ağırlıq, gözdə zədələrlə özünü göstərir. Əsas təhlükə xəstəliyin verdiyi soyuqlama əlamətləri deyil, bakteriyaların ifraz etdiyi toksinlərdir, hansıki bu toksinlər ürək-damar və əsəb sistemini korlayır.

 

Medicina.az bu xəstəlik haqqında ətraflı məlumatı təqdim edir.

Xəstəliyin yoluxdurucuları qram-müsbət bakteriyalardır. Difteriya çöpləri difteriya toksinləri buraxır ki, bunlar da başqa kimyəvi maddələrlə birləşib neyraminidaza fermenti əmələ gətirir. Difteriya toksininin sintezi toxumalara ciddi zərər vurur. Xəstəlik orqanizmə hava-damcı yolu,təmas məişət yolları (oyuncaqlardan ,kitablardan, dəsmallardan) yoluxur.

Risk amilləri:

 

 
Xəstəlik ən çox 3-7 yaş arası uşaqlarda müşahidə edilirlinir. Son zamanlar yeniyetmələrdə də rast gəlmək olur. Fenotipik cəhətdən sağlam görünən virusgəzdirənlər də xəstəliyi yoluxdura bilirlər. Difteriya çöpləri burunda, ağızda olarsa nəfəs yolları vasitəsilə, gözdə olarsa əl ,yaxud məişət əşyaları ilə yoluxa bilir. Xəstəliyin inkubasiya müddəti 2-10 gündür. Difteriya toksini-(difteriya çöplərinin ifraz etdiyi toksin) bir neçə komponentdən ibarətdir. Bu toksinlər qan damarları vasitəsilə bütün orqanizmə yayılır, o cümlədən miokardı, sinir sistemini tamamilə korlayır. Nəticədə miokardit əmələ gəlir. kapilyarların sıradan çıxması isə xəstədə toksiki şokun meydana gəlməsinə səbəb olur.
Əlamətləri:

 

 
Difteriyanın ilkin əlaməti yüksək qızdırma, udma aktının ağrılı olması, boğazda qızartılardır. Xəstəlik zamanı boyun nahiyəsindəki limfa düyünləri böyüyür. Əgər xəstəlik yüngül formada olarsa 1 həftə ərzində sağala bilir, ağır formada isə xəstənin vəziyyəti daha da ağırlaşır, sağalma uzun müddət çəkir. Xəstəliyin ağırlaşmış forması toksiki difteriya adlanır və bu zaman qızdırma 39,5-41*-yə qalxır. Xəstədə güclü baş ağrıları və yuxululuq müşahidə olunur. Xəstənin dərisi solğun, ağzında quruluq olur. Badamcıqlarda olan şişkinlik boğaz keçəcəyini bütünlüklə tuta bilir.
Difteriyanın bir neçə forması vardır:

 

 
-burun formasi -göz forması
-dəri forması

 

 

Diaqnostika:

 

 
Diaqnozun qoyulması uçun anamnezin dəqiqliyi vacibdir. İnstrumental və laborator müayinələrlə diaqnoz təsdiqlərnir. Laborator müayinələrə qanin ümumi analizi, qanın
Ölümlə üz-üzə qoyan infeksiya:  DİFTERİYA - ƏLAMƏTLƏRİ, RİSK FAKTORLARI
Ölümlə üz-üzə qoyan infeksiya:  DİFTERİYA - ƏLAMƏTLƏRİ, RİSK FAKTORLARI