Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölümə səbəb olan XƏSTƏLİKLƏR

  • 2019.09.05 13:03
  • 9371 Baxış
Ölümə səbəb olan  XƏSTƏLİKLƏR
Dünyada insanlar ən çox ürək-damar və xərçəng xəstəliklərindən dünyasını dəyişir. Medicina.az xarici mətbuata istinadən xəbər verir ki,  Avropa Kardioloqlar Cəmiyyəti dünyanın müxtəlif bölgələrində apardığı araşdırmalar  nəticəsində belə bir qənaətə gəlib. Avropalı kardioloqların qənaətinə görə, ürək-damar xəstəliklərindən ölənlərin sayı dünyanın həm inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də inkişaf etməmiş ölkələrində qeydə alınır. Dünyanın inkişaf etmiş ölkələrində isə  insanlar daha çox xərçəng xəstəliyindən dünyasını dəyişir. Bu da həmin ölkələrdə  tibbin inkişaf etməsi və tibb xidmətinin əhali üçün əlçatan olması ilə izah olunur. Kardioloqların qənaətinə görə, hansı ölkələrdə ki, səhiyyə lazımınca inkişaf etməyib, səhiyyənin xidməti aşağıdır və əlçatan deyil, o  ölkələrdə insanlar daha çox ürək-damar xəstəliklərindən dünyasını dəyişir. Mütəxəssislərin apardığı araşdırma nəticəsində o da bəlli olub ki, inkişaf etmiş, inkişaf etməkdə olan  və inkişaf etməmiş ölkələrdə xərçəngdən ölənlərin sayı demək olar eyni olub. İsfahan Kardioloji Elmi-Tədqiqat İnstitutunun alimlərinin fikrincə, duzlu olmayan fıstıq və qozdan istifadə ürək-damar xəstəlikləri riskini azaldır.