Ölümcül korona virusu artıq Çinin sərhədlərini aşıb və bir çox ölkədə yayılıb. Bu gün dünya mediasında yer alan xəbərlərə əsasən, virus Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də aşkarlanıb.
Medicina.az xəbər verir ki, burada xəstəlik Çinin virus yayılan və hazırda karantinə alınan Uhan şəhərindən gələn ailənin üzvlərində aşkar olunub. Hazırda çinli ailə tibbi müşahidə altındadır.
Qeyd edək ki, Çində yeni növ koronovirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.