Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölümcül ikili - Qrip və COVİD-19

  • 2020.10.06 13:01
  • 2454 Baxış
Ölümcül ikili  - Qrip və COVİD-19

Həkimlər soyuq havaların gəlməsi ilə qrip xəstəliyinin artacağı xəbərdarlığını dəfələrlə ediblər.

Medicina.az xəbər verir ki, mütəxəssislər hər iki xəstəliyin ölümə qədər gedib çıxa biləcəyini qeyd edirlər: "Qrip və COVİD ikisi bir yerdə olarsa, təbii ki, daha ağır formalarla qarşılaşa bilərik. Qışa doğru getdiyimiz günlərdə bu kimi hallar daha da arta bilər. Hər iki infeksiyaya qarşı tədbirlər alınmalıdır. Koronavirusdan qorunmaq kimi qripdən qorunmaq da həyatı önəm daşıyır".

Mütəxəssislər bildirirlər ki, güclü bir orqanizm virusla savaşmaqda ən önəmli gücümüzdür.



Ölüm riski iki qat artır

“Türkiye Gazetesi”ndə yer alan bir araşdırmaya görə, qrip və koronavirus birlikdə olarsa, ölüm riski də iki dəfə artır. Müxtəlif ölkələrdə xəbərdarlıqlar edən mütəxəssislər vurğulayırlar ki, hər iki xəstəliyi birlikdə yaşayan və xəstəxanada yatan xəstələrin ölmə riski, digərlərinə nisbətən 6 dəfə daha çoxdur.

Yüksək temperatur, quru öskürək və nəfəs darlığı koronovirus infeksiyasının göstəriciləri ola bilər. Burun axması, asqırma, xırıltı, gözlərdə qızartı və qaşıntı kimi simptomlar isə allergiyadan xəbər verə bilər.



Qrip və COVİD-19 korona ailəsindən olan viruslardır. Simptomları bir-birinə bənzəyir.

Aygün Nəbiyeva