Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölümcül diaqnoz qoyulan qadın ərini atıb, 200 kişi ilə münasibətdə oldu

  • 2020.03.11 17:50
  • 23745 Baxış
Ölümcül diaqnoz qoyulan qadın ərini atıb, 200 kişi ilə münasibətdə oldu

45 yaşlı ağır xərçəng xəstəsi olan qadın ölümcül olduğunu anlayan kimi ilk olaraq artıq uzun müddətdir münasibətlərində problem yaşadığı ərindən qaçaraq, 200-ə yaxın kişi ilə intim münasibətdə olub.

Medicina.az xəbər verir ki, ABŞ vətəndaşı olan Molli adlı qadın süd vəzi xərçənginin 4-cü mərhələsində idi və həkimlər ona çox az vaxt qoymuşdular.

Müalicə üçün qadın əməliyyat olub, kimyaterapiya alıb, kəsilmiş süd vəzilərinin yerinə plastik əməliyyat olunub.

İkinci kurs kimyaterapiya zamanı aşırı dozada hormonal dərmanlar qadının libidini azaltmaq əvəzinə, əksinə daha da artırıb.

Bu zaman o, çoxdandır soyuq münasibətdə olduğu və intim münasibəti olmadığı ərini tərk edərək, sosial şəbəkələr və klublarda müxtəlif kişilərlə münasibət qurur. Molli 195 nəfər pərəstişkarı olması ilə fəxr edib.
Qadın seksin ona yaşaması üçün enerji verdiyini və fikrini xəstəlikdən yayındırdığını bildirirdi.

Qeyd edək ki, qadın ötən ilin sonunda ölüb. Onun hekayəsini yaxın rəfiqələri ölümündən sonra açıqlayıb.