Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölümcül Dəngə virusu Avropaya çatdı

  • 2023.04.18 17:44
  • 1822 Baxış
Ölümcül Dəngə virusu Avropaya çatdı
Avropanın Aralıq dəniz bölgəsinə ölümcül Denge virusu çatmaqdadır. Bura turistlərin ən çox gedib gəldiyi bölgədir. Burda virus üçün uyğun mühit yaranıb.

“Medicina” xəbər verir ki. həkimlər Fransanın Nitsa yaxınlığında dəngə qızdırmasına yoluxmuş qadının vəziyyətini qiymətləndirib.

Britaniyalı turist tətildən qayıtdıqdan sonra qızdırma, ağrı və səpki ilə həkimlərə müraciət edib. Ona əvvəllər turistlərin əsasən tropik ölkədən gətirdiyi dəngə qızdırması diaqnozu qoyulub.

İndi Avropa kurortlarında qızdırma halları getdikcə çox qeydə alınır. Dəngə xəstəliyini yayan ağcaqanadlar artıq Avropanın cənubunda yaşayır və şimal bölgələrinə köçürlər.

London Tropik Xəstəliklər Xəstəxanasından Dr Owain Donnelly virusun yayılmasının sürətlə dəyişdiyini söylədi.

"Daha yüksək temperatur və daha çox yağış, eləcə də artan qlobal ticarət və turizm o deməkdir ki, biz Avropanın daha çox hissəsini dəngə epidemiyası üçün mükəmməl amil qarışığı ilə görə bilərik" - deyə bildirdi.

Həkim – infioksionist Yelena Meskinanin sözlərinə görə, 2023-cü ildə Rusiyada dəngə qızdırmasının bir neçə yayılma halı qeydə alınıb - ikisi Krasnoyarsk diyarında və biri Tatarıstanda. Dəngə qızdırması simptomlarına görə qripə bənzəyən, lakin sepsisə səbəb ola bilir.

Günay Quliyeva