Nyu-York sakinləri gələn ildən başlayaraq ölüm şəhadətnamələrində üçüncü cinsi göstərə biləcəklər.
Medicina.az “Rusiya 24” telekanalının məlumatına görə, bu barədə şəhərin səhiyyə idarəsinin veb saytında dərc olunmuş press-relizində deyilir. Özlərini kişi və ya qadın hesab etməyənlərin sertifikatlarında “X seçim” göstəriləcək.
Keçən ilin oktyabr ayında Nyu-York meri Bill de-Blazio, şəhər sakinlərinə doğum şəhadətnamələrində müəyyənləşdirilməmiş cinsi göstərmək hüququnu verən qanun layihəsini imzalayıb.