Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Ölüm səbəbləri bu işi bilməməyimizlə əlaqədar deyil" - İnfeksionist

  • 2021.03.30 13:48
  • 2062 Baxış
"Ölüm səbəbləri bu işi bilməməyimizlə əlaqədar deyil" -  İnfeksionist
Evdə kortəbii, yanlış müalicə alan xəstələrin sayı indi də çoxdur.

Medicina.az xəbər verir ki, bunu Trend-ə həkim-infeksionist Vüsalə Nursoy deyib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxanlar arasında ölüm hallarının baş vermə səbəbi əsasən, həkimə gec müraciətlə bağlıdır.

Həkim hesab edir ki, COVİD-19-dan ölüm səviyyəsi əvvəlki dövrlə müqayisədə təxminən eyni qalıb:

"Bu gün COVİD-19-dan sağalan xəstələrin sayı daha çoxdur, amma bu xəstəlikdən ölüm sayı demək olar ki, eyni qalıb. Ölüm səbəbləri bizim bu işi bilməməyimizlə əlaqədar deyil. Ölüm səbəbləri daha çox müraciətlərin gec edilməsi ilə bağlıdır. İnsanlar bir müddət virusa inanmırdılar, qaydalara əməl etməyərək çox rahat gəzirdilər. Evdə kortəbii, yanlış müalicə alan xəstələrin sayı çox idi. İndi də bu say çoxdur. Biz hələ də ağır xəstələr görməkdə davam edirik".