Kişilər öldükdən sonra donor kimi istifadə olunmasına razılıq verərsə, bu sperm donor çatışmazlığı problemini həll edə bilər.
Medicina.az xəbər verir ki, britaniyalı alimlər belə bir maraqlı təkliflə çıxış edib.
Elə ölkələr var ki, orada donorluq anonim deyil, bu ölkələrdə öldükdən sonra spermin bağışlanması kişilər arasında populyarlaşa bilər.
İlk dəfə süni mayalanma faktı 1785 –ci ildə Britaniyada baş tutub. Həkim Con Hante anadangəlmə uretra yerləşməsi düzgün olmayan kişinin spermini toplayıb, onun arvadının uşaqlıq yoluna köçürməyi təklif etmişdi.
1909-cu ildə ABŞ-da donor spermi ilə uğurlu süni mayalanma ilə bağlı rəsmi hesabat verilib.
Hazırda bir çox ölkələrdə donor spermi ilə sübi mayalanma aparılır, lakin canlı donorların sayı ilə donor materialına ehtiyac duyanlar arasında ciddi fərq var.
Bütün uşaq arzulayan problemli cütlüklərə sperm çatmır.
Bir çox ölkələrdə isə sperm donorluğu ciddi qadağalar və çətinləşdirilmiş qaydalarla üz-üzədir. Məsələn, Çində bir kişinin spermindən yalnız 5 qadın üçün istifadə oluna bilər
ABŞ və Rusiyada isə hər 800.000 əhaliyə 20-25 donor spermi ilə uşaq dünyaya gətirilməsi tənzimlənir.
Getdikcə donor sperminə tələbat artır və bunun üçün meyitdən material götürülməsi mümkündür. Ölümdən 48 saat sonraya kimi spermatozoidlər sağ qalır və bu müddətdə biomaterialı götürmək olar.
Elektrostimulyasiya ilə material götürülür, dondurulur. Bu metod canlı kişidən material götürüb tətbiq etməkdən heç nə ilə fərqlənməyəcək.
Hazırda meyitdən “uşaq dünyaya gətirmək” istəyən namizədlər var və qadınlar buna qarşı deyil. Belə ki, 2018-ci ildə zəngin Britaniyalı ailə öz oğullarının ölümündən 3 sutka sonra onun spermatozoidlərini götürüb, surroqat ana vasitəsilə onun övladının dünyaya gəlməsinə nail olmuşdular.