Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstəxanada körpə doğuş zamanı ölüb

  • 2020.09.21 12:10
  • 2187 Baxış
Xəstəxanada körpə doğuş zamanı  ölüb

Sentyabrın 20-si saat 03 radələrində Sabirabad rayonu, Qasımbəyli kənd sakini Aytac Quliyevanın yeni doğulan uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Medicina.az xəbər verir ki, bu barədə Sabirabad Rayon Prokurorluğundan bildirilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla Aytac Quliyevanın sentyabrın 16-da saat 13 radələrində doğuş sancıları ilə daxil olduğu Sabirabad Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu oğlan uşağının dünyaya gəlməsi və qeyd edilən tarixdə yeni doğulan uşağın ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.