Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölkənin ən yaşlı kişisi vəfat etdi

  • 2025.03.31 13:01
  • 358 Baxış
Ölkənin ən yaşlı kişisi vəfat etdi

Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Modern.az-a onun yaxınları məlumat verib.

1915-ci il təvəllüdlü Hilal İbrahimovun ötən gecə dünyasını dəyişdiyi bildirilir.

H.İbrahimov Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayırdı.

2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edərək, nümunəvi davranış sərgiləyib.

Qeyd edək ki, Hilal İbrahimov bir müddət əvvəl yıxılıb və sol bud sümüyünün boyun sınığı yaranıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.