Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölkəmizdəki əcnəbilər peyvənd olunacaqmı?

  • 2021.02.17 10:30
  • 1591 Baxış
Ölkəmizdəki əcnəbilər peyvənd olunacaqmı?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının koronavirus əleyhinə vaksin olunub-olunmayacağına aydınlıq gətirib.

Medicina.az xəbər verir ki, qurumdan bildirilib ki, ilkin mərhələdə yalnız ölkə vətəndaşlarının vaksin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi ilə vaksinasiya aparılır. Bu gündən etibarən 50 yaş və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.