Cari ilin birinci rübündə Azərbaycanda 14 811 ölüm halı qeydə alınıb.
Medicina.az-ın məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4-dən 6,1-ə qədər azalıb.
Hesabat dövründə yeni doğulan körpələrin sayı isə 32 402 olub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub.
Qeyd edək ki, ölkədə əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.