Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölkəmizdə koronavirusa yoluxanların sayı kəskin azaldı - SON STATİSTİKA

  • 2020.08.01 17:32
  • 4238 Baxış
Ölkəmizdə koronavirusa yoluxanların sayı kəskin azaldı  - SON STATİSTİKA
Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə “BakuPost”ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229-dur.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.