Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda İİV infeksiyasından 1082 nəfər ölüb

  • 2020.12.01 10:29
  • 1529 Baxış
Azərbaycanda İİV infeksiyasından 1082 nəfər ölüb

1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1082 nəfərdir.

Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, 2020-ci ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib. 484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır.