Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölkədəki dərman qıtlığı bizə aid deyil - Səhiyyə Nazirliyi

  • 2022.10.12 10:30
  • 1559 Baxış
Ölkədəki dərman qıtlığı bizə aid deyil -  Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi ölkədə bir sıra dərmanların satışda tapılmaması ilə bağlı məsələyə aydınlıq gətirib.


Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Medicina.az -a bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.


Qeyd olunub ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: "Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".