“Avropa ölkələrində virus yayılan zaman bizdə sərhədlər qapandı, ciddi yoxlanışlar aparıldığı üçün ölkəyə virusun sürətli daxil olmasının qarşısı alınıb”.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, virus ölkəyə daxil olandan sonra artıq cəmiyyətdə yayılmağa başladı:
“Daxildə virus ailə-ailə, təşkilat-təşkilat yayılır. Buna görə də cəmiyyətdə hər bir kəs mübarizəyə dəstək olmaq, virusun yayılmasının qarşısını almaq üçün əlindən gələni etməlidir”.