Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölkədə korona təhlükəsi yoxdur, ölüm statistikasına inanmıram - Professor

  • 2022.08.23 15:45
  • 3531 Baxış
Ölkədə korona təhlükəsi yoxdur, ölüm statistikasına inanmıram  -  Professor


“Hazırda bəşəriyyət iki böyük virusla üz-üzədir. Koronavirus bitmədən meymunçiçəyi təhlükəsi yaşayırıq. Hər iki virusa yoluxanların sayı artır. Bir çox alimlər tezliklə koronavirus pandemiyasının bitdiyinin elan olunacağını desələr də, Ümumdünya Səhiyyə Təşkilatı buna tələsmir”.


Bunu Bakupost.az-a açıqlamasında professor, pulmonoloq Əlizamin Sadıqov deyib.


Professor bildirib ki, koronavirusun dalğaları bu gedişlə on illərlə davam edə bilər:

"Lakin dünyada ona qarşı kütləvi immunitet var. Koronavirus artıq bizim üçün təhlükəli infeksiya deyil. Ola bilər, statistika kimi, ölüm faktlarını desinlər. Amma mən bunun səmimiyyətinə, reallığına inanmıram.


Bugünkü COVID-19 insanı öldürmür. Ola bilər ki, 90 yaşında kişi vaksin vurdurmayıb, yaxid onkoloji xəstə, kimyəvi terapiya, şüa alan insanların kəskin immun problemi olub, digər tərəfdən virusa yoluxub və bu səbəbdən orqanizm dözməyib. Mən xəstələrlə işləyirəm. Varmı bir nəfər hospitala yerləşdirilən? Reanimasiyalarda xəstə varmı? Yoxdur belə bir şey".


Ə.Sadıqov hesab edir ki, ölkəmizdə COVID-19 mövzusu artıq bağlanmalıdır:


"Bu gün hospitala yerləşdirmə minimaldır, amma xəstəlik sayı 400-500 arasıdır. İki il bundan qabaq gündəlik 800 xəstə olurdu və xəstəxanalarda yer tapılmırdı. İndi 500 yoluxma ilə günə 9 ölümün olması gözlənilən deyil. Son günlər ÜST Omikronun BA.5 variantı ilə bağlı yeni bir anons verir. Ola bilər ki, bu təhlükəli olsun.

O ki qaldı meymunçiçəyinə, onun yayılma yolları cəmiyyətimiz üçün xas deyil. Bu səbəbdən Azərbaycanda meymunçiçəyinin yayılma şansı yoxdur".