Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Ölkədə bütün həkimlər mobilizasiya olunur, mən də siyahıdayam"- PROFESSOR ADİL QEYBULLA

  • 2020.04.02 10:23
  • 4436 Baxış
"Ölkədə bütün həkimlər mobilizasiya olunur, mən də siyahıdayam" -  PROFESSOR ADİL QEYBULLA



Tibbi ekspert, kardioloq, professor Adil Qeybulla artıq Azərbaycanda koronavirus pandemiyasına görə bütün həkimlərin mobilizasiya olunduğunu bildirib.

Medicina.az xəbər verir ki, o, Tibb Universitetinin Tədris-cərrahi korpusunun karantin statusu rejimində çalışacağını və özünün də bu işə cəlb olunduğunu yazıb.


"Ölkədə bir koronavirus ajiotajı yaranıb. Bütün həkimlər mobilizasiya edilir. Tibb Universitetinin Tədris-cərrahi korpusu müasir havalandırma sisteminə rəğmən hazırda karantitn statuslu xəstəxana kimi çalışır. Tibb Universiteti cərrahi kafedralarının əməkdaşları da qruplar şəklində bu işə cəlb olunub?! Mən də siyahıda ön cərgələrdəyəm. Əslində, görünən odur ki, bu işin yerli koordinatorları çaşqınlıq içindədirlər. Ora getməkdə özüm də maraqlıyam. İşin təşkilini öz gözlərimlə görmək üçün!


Əvvəla, həkimlərin bu işə cəlb olunmasının mexanizmi bu gün inkişaf etmiş dünya ölkələrində olduğu kimi effektiv və rasional olmalıdır. Bu mexanizm izafi xərcləri azaltmaq, təhlükəsizliyi təmin etmək baxımdan çox önəmlidir! Belə ki, xəstəxanaya ilk növbədə intensiv müalicəyə ehtiyacı olanlar gətirilməlidir!

Yüngül xəstələr həkim nəzarəti ilə tamamilə evdə müalicə oluna bilər! Onlara xüsusi ayrılmış həkimlər (məs., maaşları artırılmaqla poliklinika sahə həkimləri) gündəlik şikayətlərinin dinamikasına nəzarət etməli, reqress gedərsə, evdə müalicə və müşahidə davam etdirilər, ağırlaşma qeyd edilərsə, xəstəxanaya götürülər. Biz niyə Fransa, Almaniya təcrübəsindən yararlanmamalıyıq?!"