Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı artıb
"Medicina" xəbər verir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər yüksəlib.