Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.
Medicina.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 53.4 faiz, Abşeronda 13.4 faiz, Aranda 12.4 faiz, Gəncə-Qazaxda 7.3 faiz, Şəki-Zaqatalada 3.6 faiz, Quba-Xaçmazda 3.3 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.2 faiz, Yuxarı Qarabağda 1.5 faizdir.