Aprelin 3-dən aprelin 30-dək dünyada təxminən 2,8 milyon insan koronavirus infeksiyasına yoluxub, 17 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 30%, yoluxmaların sayı 17% azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.
ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 2 779 198 yoluxma halı və 17 459 ölüm halı qeydə alınıb.
28 gün ərzində ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb – müvafiq olaraq 392 480 və 5 263 nəfər.
Mayın 3-nə pandemiyanın başlanğıcından bəri dünyada 765 222 932 koronavirusa yoluxma və 6 921 614 ölüm qeydə alınıb.