Dünyada 246 757 475 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, virusdan 5 004 451 xəstə ölüb, 223 542 443 nəfər sağalıb.
Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (46 771 979 nəfər), Hindistan (34 260 470 nəfər), Braziliya (21 793 401 nəfər), Böyük Britaniya (8 979 236 nəfər) və Rusiyadır (8 432 546 nəfər).
Türkiyədə 7 985 944, İranda 5 909 402, Gürcüstanda 711 255, Ermənistanda isə 304 546 nəfərdə koronavirus aşkar edilib.