87 yaşlı pasiyentin doğmalarının əhatəsində son nəfəsində əlində pivə olan fotosu dünya mətbuatın yayılıb və görənləri sarsıdıb.
Medicina.az xəbər verir ki, Nobert Şemm adlı kişi ölümünə bir neçə saat qaldığını öyrənəndə ailəsini palataya yığaraq, sevimli içkisini gətirmələrini xahiş edib.
Ailəsi və oğlu kişinin son anını daha maraqlı etmək üçün danışıb, gülüblər, maraqlı xatirələri bölüşüblər, maksimum əyləncəli şərait yaradıblar. Həmin anın fotoları əvvəlcə WhatsAppa qoyulur, daha sonra sosial şəbəkələrə sızır.
Ölən kişinin nəvəsi yazır:”Babam bağırsaq xərçəngindən vəfat etdi. Həkimlərdən son günləri qaldığını eşidəndə depressiyaya düşmədi, onun son günü hamımızın xatirəsində çox yaxşı qaldı”.