Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Öləcəyini bir həftə öncədən hiss etmişdi – Koronavirusdan vəfat edən həkim

  • 2020.04.26 14:42
  • 2808 Baxış
Öləcəyini bir  həftə öncədən hiss etmişdi  – Koronavirusdan vəfat edən həkim


51 yaşlı anestezioiloq – reanimatoloq Sergey Beloşiçkiy ötən gecə Botkinskiy xəstəxanasında koronavirus ağırlaşmasından vəfat etdi.

İBL aparatına qoşulmuş həkimi süni tənəffüs aparatı ilə də xilas etmək mümkün olmayıb.

Medicina.az xəbər verir ki, həkim20 il idi ki, Sankt-Peterburqun Yelizavetinskiy xəstəxanasında işləyirdi. Koronavirus dövründə o,özü reanimasiyada xəstələri müalicə edirdi və bu zaman yoluxmuşdu. Ağır xəstələri intubasiya edərkən yoluxma riski çox yüksəkdir.

Kolleqaları bildirir ki, onlarla insanı ölümün astanasından geri qaytaran həkim özü ölümünü hiss etmişdi. Bir həftə əvvəl iş yoldaşına zəng edən həkim vəziyyətin yaxşı olmadığını demişdi:

“Bunun axırı pis olacaq. Özümü qorumadım, özüm günahkaram. Sağalmaq şansım yoxdur”



Öləcəyini bir  həftə öncədən hiss etmişdi  – Koronavirusdan vəfat edən həkim