Son illərdə ailələr planlı şəkildə valideyn olmağı seçirlər. Onlar bununla da uşağın cinsiyyətini özləri müəyyənləşdirmək istəyirlər.
Bəs gələcək körpənin cinsiyyətini planlamaq olarmı?
Medicina.az-a açıqlama verən ginekoloq Firuzə Cəfərzadənin sözlərinə görə, uşağın cinsiyyəti oositin (yumurta hüceyrə) hansı spermotozoidin mayalamasından asılıdır:
"2 növ - X və Y xromosomu daşıyan spermatozoidlər var. Qadın oositləri yalnız X xromosomu daşıyır. Spermotozoidin hansı xromosomu daşıdığını müəyyən etmək mümkündür, lakin bu müayinədən sonra o, mayalanmaya yararsız olacaq. Əgər belə olmasaydı, süni mayalanma zamanı uşağın cinsiyyətini X və ya Y spermatazoidlərlə mayalamaqla planlamaq olardı”.
Ginekoloq hazırda belə planlamağın mümkün olmadığını bildirib: "Lakin embrionu ana bətninə yerləşdirənə qədər onun cinsiyyətini təyin etmək metodu var ki, bu "Predimplantasion Genetik Diaqnostika " adlanır.
Bu necə baş verir?
"Süni mayalanma zamanı embrionun inkşafının 3-5-ci günləri embrionun bir neçə hüceyrəsi alınır və hansı xromosomu daşıdığı müəyyənləşdirilir. Bundan sonra embrionun uşaqlıq boşluğuna yerləşdirilməsi həyata keçirilir. Uşağın cinsiyyətinin cədvəllər, sehrli təqvimlər vasitəsi ilə proqnozlaşdırılması dəqiq deyil”, - deyə həkim vurğulayıb.
Nəzərə çatdıraq ki, qanunvericiliyə görə cinsiyyətin seçilməsi ancaq tibbi göstərişlərlə mümkündür.
Şəhanə Quliyeva
Cinsiyyət