Xalq arasında çox vaxt " Peyğəmbər sünnəti” ilə səhv salınan Hipospadiya uşaqlar üçün gələcəkdə ciddi fəsadlar yaradır.
Medicina.az Liv Hospital Ulus Çocuk Cərrahi Uzmanı Prof. Dr. Selami Sözübirin təqdimatında Peyğəmbər sünnəti ilə hipospadiyanın fərqini təqdim edir:
" Peyğəmbər sünnətində penisdə sünnət dərisinin tam inkişaf etməməsi deməkdirsə, hipospadiyada vəziyyət, mənzərə çox başqadır və daha ağır anomaliyadır.
Normalda uşaq sidiyə penis ucundakı sidik dəliyindən sidiyə getməlidirsə, hipospadiyada sidik dəliyi aşağıda və əyri yerləşir. Hipospadiya nəyə görə təcili müalicə olunmalıdır:
1-Uşağın normal sidiyə getməsini təmin etmək üçün
2-Aşağıda yerləşən sidik dəliyindən nəcis vasitəsilə infeksiyalar asanlıqla daxilə keçə bilər
3-Gələcəkdə uşağın intim aktivliyini və psixoloji durumunun normal vəziyyətdə olması üçün vacibdir
Hipospadiyanın çox fərqli, mürəkkəb növləri var. Ağır formalarında hətta uşağın oğlan və ya qız cinsindən olmasını da qarışdırmaq olur vı bunu da ayırd etmək lazımdır.
Valideynlərə bir özəl xəbərdarlığım: nəbadə hipospadiyalı usage sünnət etdirəsiz. Hipospadiya əməliyyatında cərrah üçün sünnət dərisi çox önəmlidir və çox istifadə olunur. Sünnət zamanı atılan dəri hipospadiyalı uşaqlar üçün həyati vacibdir”.
Qeyd edək ki, Liv Hospitalda hipospadiyanın ən ağır formaları belə müasir robotik cərrahi əməliyyatla icra olunur, uşaq 3 gün sonra normal evinə, həyatına qayıdır.