Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 304 631,84 min ABŞ dolları dəyərində 18 749,54 ton əczaçılıq məhsulları idxal edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin 10 ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2%, həcmi isə 44,2% artıb.
Təkcə bu ilin oktyabr ayı ərzində ölkə 33 490,6 min manat dəyərində 1 812,7 ton sözügedən məhsullardan idxal edib ki, bu da sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 19% çox, həcm ifadəsində isə 10,7% azdır.