Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oktyabrda 27 dərəcə istinin fəsadları – Bu il payız olmayacaq?

  • 2024.10.08 16:02
  • 2786 Baxış
Oktyabrda 27 dərəcə istinin fəsadları  – Bu il payız olmayacaq?

Sentyabrın 20-dən payız fəsli daxil olsa da, hava soyumur ki, soyumur.
Sinoptiklər avqustun son 50 ildə ən isti avqust olduğunu açıqlasa da, görünür 2024-cü ilin sentyabr və oktyabr ayı hava tarixində ən isti payız ayları olacaq.


“Medicina” xəbər verir ki, hətta şimal ərazilərdə, Rusiyada həftələrdir isti hava hökm sürür.

Sentyabrda pik temperatur 34 dərəcə idi, oktyabrda Bakıda 27-dərəcəyə çatdı.

Cənub hava axınları gündüz temperaturunu may, iyun səviyyəsində isti saxlayır.

Dünya üzrə temperatur rekordları hər həftə dəyişir.
Görünür bu payızı biz uzun müddət xatırlayacağıq.

Iqlimdə nə baş verir?

Artıq 2 aydır ki, Rusiya sinoptikləri ölkənin Avropa sərhədlərində belə havanın orta temperaturunun 17-dərəcə və yuxarı olduğunu, bunun isə payız üçün tipik olmadığını bildirir.

Belə bir anomal payız 2010-cu ildən bu yana müşahidə edilməyib.
Ekstremal isti dalğalar həm təbiətə, həm heyvanlara, həm də insanlara neqativ təsir göstərir.

Mərkəzi Rusiyada belə istilik heç cür çəkilmir. Termometrdə göstəricilər hər gün 1 dərəcə də olsa rekord vura bilir.

Moskvada isti və günəşli hava iyul temperaturuna 24 dərəcəyə yaxındır. Adətən bu ərəfədə yağış, soyuq, hətta qara hazırlaşan Moskva istilərin nə qədər davam edəcəyini bilmir.

Hidrometereoloji mərkəzin elmi rəhbəri Roman Vilfand bildirib ki, indi temperatur normadan 5 dərəcə çoxdur, gündüz istilik dözülməz belə ola bilər.
Gündüz temperatur +29 dərəcə, axşam isə qəfil dərəcə enərək, 19-20 olur.

Eynilə Bakıda da hava dəyişiklikləri kəskindir, əvvəlki illərdə pencək, kurtka, ayaqqabıya keçən insanlar hələ də yay geyimindədir, günorta saatlarında temperaturun pik həddində isə qapalı yerlərdə dözülməz olur.


Amma meteoroloqlar yağıntının çox olacağını proqnozlaşdırır, yağış və qar kifayət qədər olacaq.

Amma Bakının bu il də qar görəcəyi sual altındadır.

Payızda anomal istilər insan orqanizminə necə təsir edir, hansı xəstəliklər kəskinləşir?

Qeyd edək ki, kəskin hava dəyişimi olan və isti havalarda payızda aktiv olan virus infeksiyaları daha çox yayılır və insanları yoluxdurur.

Eləcə də ürək, təzyiq xəstələri, hamilələr, yaşlılar, uşaqlar, şəkər xəstələri, astma bronxiti olanlar üçün belə isti havalarda orqanizmi tənzimləmək çətin olur. Onlar qalın geyinib küçədə, qapalı yerdə olduqda və günorta hərarət 27-ni keçəndə susuzlaşma, qan laxtalanma, təzyiq, halsızlıq fonunda narahatlıq artır.


Ona görə bu havada küçəyə səhər və axşamüstü çıxmaq məsləhətdir.

Aygün Musayeva