Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oktyabr ayı Süd vəzi xərçəngi ilə mübarizə ayıdır

  • 2023.10.02 15:20
  • 2107 Baxış
Oktyabr ayı    Süd vəzi xərçəngi ilə mübarizə ayıdır
ÜST tərəfindən hər il 1-30 oktyabr dünyada Süd vəzi xərçəngi ilə mübarizə ayı elan edilir.

Buna səbəb hər il bu xəstəliyə tutulan qadınların dünyada çoxalmasıdır.


"Medicina" xəbər verir ki, bu günün simvolu sinəyə taxılan çəhrayı lentdir.

Azərbaycanda da 10 ildən artıqdır bu ay qeyd edillir və xüsusi maariflənmə və müayinə tədbirləri həyata keçirilir.



Simvolik olaraq “çəhrayı lent” ayı kimi xarakterizə edilən bu ay hər il ölkəmizdə də qeyd olunur, müxtəlif maarifləndirmə tədbirləri keçirilir.

Süd vəzi xərçənginin əlamətlərini vaxtında aşkarlamaq lazımdır:

Alimlər bütün qadınlara bu 5 əlaməti əzbər bilməyi tövsiyə edir.


- Süd vəzisinin dərisində istənilən dəyişiklik, çörək, dəlik, qabarıqlıq, qızarma, çuxurlaşma, dartılma
- Bir süd vəzisində ağırlaşma, dartılma hissi

- Dərinin qızarması, vəzinin istiləşməsi
- Dərinin qaşınması, qabıqlanması

- Gilələrin içəri girməsi, dartılması, axıntı
Bu əlamətlər fibroadenoma, mastitdə də ola bilər.

Amma əgər siz menopauza dövründəsizsə, süd vəzi şişlərindən şübhələnin.

Aygün Musayeva