Vladiqafqazda klinik xəstəxanada reanimasiya və intensiz terapiya şöbəsində oksigen cihazlarını təmin edən boruların partlaması nəticəsində süni tənəffüs aparatına qoşulan xəstələr boğulub. Onlardan 11 nəfəri vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Şimali Osetiyanın səhiyyə rəsmisi Soslan Tebiyev bildirib.
“Təəssüf ki, daha 2 nəfəri itirdik və ölənlər 11 nəfər oldu. Ümumilikdə reanimasiya blokunda 71 xəstə var idi. Oksigenin qısamüddətli dayanması nəticəsində süni tənəffüs aparatına qoşulanların vəziyyəti pisləşdi.
Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb”.