El arasında, başıma oksigen, ürəyimə hava çatmır deyilən xroniki oksigen aclığı nədir və simptomları necədir?
“Medicina” xəbər verir ki, kardioloq Anna Koreneviç bu sindromun qeyri-adi əlamətini açıqlayıb.
“Oksigen defisitinin birinci xarakterik əlaməti Hippokrat barmaqları adlı əllərdə olan dəyişiklikləridir.
Barmaqların falanqasında qalınlaşma, kobudlaşma, nağara çubuğu forması alır, dırnaqlar yumrulaşır, qabarır. Yəni barmaqların forması normadan fərqlənir.
Xroniki oksigen aclığı siqaret çəkənlərdə daha çox olur. Eləcə də ürək xəstələrində olur.
Orqanizm elə qurulub ki, ən çox oksigen payını beyinə yönəldir, bu zaman ürək, ayaqlar, barmaqlar, daxili orqanlar, əl-ayaqlar kifayət qədər oksigen almır, aclıq başlayır.
Ona görə birləşdirici toxuma böyüyür, kobudlaşır.
Simptom xroniki bronxit, astma, vərəm, xərçəng xəstələrində də olur. Barmaqlarında belə dəyişiklik olanlar, mütləq həkimə müraciət etməli, siqaretdən imtina etməli, vərəm müayinəsi olunmalıdır.
Xroniki oksigen aclığı olan insanlar qripi ağır keçirir, dərhal pnevmoniya olur və ağırlaşır”.
Aygün